Çağırışa gəlməkdən boyun qaçırma və imtina etmə hansı məsuliyyət yaradır? -

Çağırışa gəlməkdən boyun qaçırma və imtina etmə hansı məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

05 Fevral 2025

Sual: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə İnzibati xətalar haqqında işlər üzrə çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma, izahat, yaxud rəy verməkdən imtina etmə hansı məsuliyyət yaradır?

Cavab: İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şahidin, zərər çəkmiş şəxsin, ekspertin, mütəxəssisin və ya tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılmış şəxslərin (şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin) izahat verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.


Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli