
Naxçıvanda “Araz-NET” fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Son günlər Naxçıvan Muxtar Respublikasında “Araz-NET” internet provayderinin fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Şirkətdən verilən açıqlamada bildirilib ki, “Araz-NET” fəaliyyətini tam gücü ilə davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məlumatda qeyd olunub ki, provayder uzunmüddətli perspektivlə Naxçıvan telekommunikasiya bazarında fəaliyyət göstərir və əsas məqsəd hər bir ev və iş yerini yüksək sürətli, kəsintisiz internetlə təmin etməkdir.
“Son dövrlərdə Şahbuz şəhəri də daxil olmaqla yeni ərazilər şəbəkəmizə qoşulub və genişlənmə işləri fasiləsiz davam etdirilir. Yaxın gələcəkdə digər şəhər və kəndləri də əhatə edəcək planlarımız mövcuddur”, – deyə şirkətdən bildirilib.
“Araz-NET” ictimaiyyəti yalnız rəsmi mənbələrdən yayılan məlumatlara inanmağa çağırıb və abunəçilərə göstərdikləri etimada görə təşəkkür edib.
Qeyd edək ki, “Araz-NET” GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında Naxçıvanda yüksək sürətli fiber-optik internet və televiziya xidmətləri göstərir.