Dövlət Xidməti: "Telegram" hücumları ilə bağlı 112 saxta domen və 18 IP ünvanı nəzarətdədir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" üzərindən həyata keçirilən kiberhücumlarla bağlı hazırda 112 saxta domen və 18 IP ünvanı nəzarətə götürüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə XRİTDX-i məlumat yayıb.
Sözügedən resursların fəaliyyəti araşdırılır və istifadəçilərə təsir dərəcəsi qiymətləndirilir.
Bildirilir ki, mövzu ilə bağlı əlavə məlumatlar mərhələli şəkildə XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) rəsmi saytında paylaşılacaq.








