Naxçıvanda 9 ayda bu qədər narkotik vasitə aşkarlanaraq götürülüb

Naxçıvanda 9 ayda bu qədər narkotik vasitə aşkarlanaraq götürülüb

24 Oktyabr 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 48 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb.

İcraatda olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 18-i Azərbaycan Respublikasının, 30-u isə xarici ölkə vətəndaşları olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində keçirilən 2025-ci ilin 9 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair tədbirdə səsləndirilib.

Qeyd olunub ki, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar üzrə ümumilikdə 140 kiloqram 310,981 qram qurudulmuş marixuana, 59,881 qram həşiş, 4,378 qram həşiş qətranı, 101 kiloqram 900 qram maye halında (bərk halda 5 kiloqram 355,488 qram) metamfetamin aşkarlanaraq götürülüb.

Bundan əlavə, 148 ədəd diazepam (0,48 qram), 118 ədəd alprazolam (0,14 qram), 39 ədəd preqabalin (5,075 qram), eləcə də 120 min 740 ədəd siqaret və 131 min 538 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən mallar müsadirə olunub.