Naxçıvanda yol vergisi üzrə büdcə proqnozu 55 faiz artıq icra olunub

Naxçıvanda yol vergisi üzrə büdcə proqnozu 55 faiz artıq icra olunub

24 Oktyabr 2025

Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunsa da, “Naxçıvan Muxtar Respublikasının 2025-ci ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisi” üzrə proqnoz göstəriciləri artıqlaması ilə yerinə yetirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində keçirilən 2025-ci ilin 9 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair tədbirdə səsləndirilib.

Belə ki, sözügedən istiqamət üzrə 8 milyon 880 min manat proqnoza qarşı Baş İdarə tərəfindən 13 milyon 725 min manat, yəni 55 faiz artıq vəsait muxtar respublikanın büdcəsinə köçürülüb.