Naxçıvanda duz istehsalı müvəqqəti dayandırılıb

Naxçıvanda duz istehsalı müvəqqəti dayandırılıb

24 Oktyabr 2025

Duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkili üçün şaxtadan duzun çıxarılması müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən hazırda “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma prosesi həyata keçirilmir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Məlumat üçün bildirilib ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi əhalinin, eləcə də duz məhsulundan xammal kimi istifadə edən istehsal müəssisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə ölkəmizin digər bölgələrində istehsal olunan yerli və qonşu ölkələrdən gətirilən analoji məhsulların muxtar respublikaya gətirilməsi prosesini nəzarətdə saxlayıb.