Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb

Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb

24 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu 2025-ci ilin yanvar–sentyabr ayları ərzində sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin maliyyələşdirilməsi üzrə fəaliyyətini davam etdirib.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondundan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, cari ilin 9 ayında Fond tərəfindən 114 layihənin maliyyələşdirilməsinə 11,6 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4,2 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə artıb.

Maliyyələşdirilmiş kreditlər hesabına 298 yeni iş yerinin yaradılması nəzərdə tutulur.