
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində musiqi rəhbəri vəzifəsinə müsahibə olacaq
Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində vakant musiqi rəhbəri vəzifəsinə işə qəbul üçün müsahibə mərhələsi təşkil olunacaq
27-29 oktyabr 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə sənəd verən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vakant musiqi rəhbəri vəzifəsi üzrə qeydiyyatdan keçmiş namizədlər şəxsiyyət vəsiqəsi ilə onlar üçün ayrılmış gün və saatda Naxçıvan Şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcıllıq Mərkəzində olmalıdır.
Namizədlər üçün müsahibə günü, saat https://l24.im/5uEDv0s linkində yerləşdirilib.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar veriləcək. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı yoxlanılacaq.
Müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq vakant yerlər üzrə yerləşdirmə həyata keçiriləcək.
Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!