
Azərbaycanda sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər
Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.