Müəllimlərin maaşı artır?

Müəllimlərin maaşı artır?

23 Oktyabr 2025

2025-ci il üçün təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müsahibə mərhələsi başa çatıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Belə ki, sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq.

Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30–50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq.

Qeyd edilib ki, test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3129 müəllim üçün təlimlər təşkil ediləcək.