Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

23 Oktyabr 2025

Azərbaycanda rüsumsuz ticarət mağazalarına ("Duty Free") satılan malların əlavə dəyər vergisinə və aksiz vergisinə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.