Zəfər Kubokuna Babək şəhərində start verilib

Zəfər Kubokuna Babək şəhərində start verilib

24 Oktyabr 2025

44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərin 5-ci ildönümü münasibətilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Zəfər Kuboku” uğrunda muxtar respublika birinciliyinin ilk mərhələsinə start verilib. Birinci mərhələdə rayon və şəhərlər üzrə mərhələ yarışlarının nəticələrinə əsasən qaliblər finalda iştirak hüququ əldə edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, “Zəfər Kuboku”nun ilk mərhələ yarışı Babək şəhər 2 nömrəli tam orta məktəbdə reallaşıb. Maraqlı intellekt mübarizəsinin yekununda birinci yerə sahib çıxan Hacıvar kənd tam orta məktəbinin “Qafqaz” komandası muxtar respublika birinciliyinin finalına adlayıb. Yarışda ilk üç yeri turan komandalar Babək Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, yarışmanın məqsədi gənc nəslin intellektual inkişafı, vətənpərvər ruhda tərbiyəsi və tarixi Zəfərimizin qeyd olunmasıdır.