Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib -

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib - SƏRƏNCAM

24 Oktyabr 2025

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.

Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.