Məcid Seyidov MDB Oyunlarının medalçısını mükafatlandırıb -

Məcid Seyidov MDB Oyunlarının medalçısını mükafatlandırıb - FOTO

23 Oktyabr 2025

Bu il ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında bürünc medal qazanan boksçu Haxverdi Həsənov və şəxsi məşqçisi Elnur Kərimli Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov tərəfindən qəbul olunublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Məcid Seyidov idmançının son dövrlərdə qazandığı nailiyyətləri yüksək dəyərləndirərək bildirib ki, Naxçıvanda boks idman növünə olan maraq ildən-ilə artır və görülmüş işlərin, göstərilən dövlət dəstəyinin bəhrəsi olaraq ölkə və beynəlxalq arenalarda yeni uğurlar qazanılmaqdadır. Ölkəmizdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi idmanın inkişafına xüsusi diqqət göstərildiyini vurğulayan nazir müavini Azərbaycanda idmanın yüksək templə inkişaf etdiyini və qazanılan nailiyyətlərdə naxçıvanlı idmançıların da olmasını qürurverici hal kimi qiymətləndirib. 

Məşqçini və idmançını il ərzində əldə olunan uğurları münasibətilə təbrik edən Məcid Seyidov səmərəli fəaliyyətə görə onları fəxri fərmanla təltif edib, hədiyyələrlə mükafatlandırıb. Təltif olunanlar diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, Haqverdi Həsənov 2025-ci ildə MDB Oyunlarındakı nəticə ilə yanaşı, Avropa üçüncüsü (Serbiya), Azərbaycan birincisi və Çində keçirilən beynəlxalq turnirin qalibi olub.