
Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb: mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Təzəbinə kəndinə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatıb.