Naxçıvanda bəzi ərazilərdə su təchizatında fasilə yaranacaq

Naxçıvanda bəzi ərazilərdə su təchizatında fasilə yaranacaq

23 Oktyabr 2025

Atabəylər, Babək, Z.Əliyeva məhəllələrini, H.Aslanov küçəsini, eləcə də Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq, oktyabrın 23-ü saat 14:00-dan etibarən həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmir-bərpa işlərinin gün ərzində yekunlaşdırılması və suyun əvvəlki rejimlə verilməsinin bərpa edilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün “545-01-93” Çağrı Mərkəzinə (7/24) müraciət etmək mümkündür.