
Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq
Sabah 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, bu səbəbdən oktyabrın 4-ü saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və rayonun Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.