
Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasından cari təmir işləri aparılacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində cari təmir işləri görüləcək. Bu səbəbdən 30 sentyabr tarixindən saat 11:30-dan 12:30-a dək Kəngərli rayonunun Qıvraq qəsəbəsində və rayonun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.