Naxçıvanda növbəti əmək yarmarkası keçiriləcək

Naxçıvanda növbəti əmək yarmarkası keçiriləcək

29 Sentyabr 2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Naxçıvan şəhərində növbəti əmək yarmarkası baş tutacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir saat 10:00-da Naxçıvan Biznes Mərkəzində keçiriləcək. Yarmarkada 20-dən çox işəgötürən tərəfindən 140-a yaxın vakansiya işaxtaranların ixtiyarına veriləcək.

İştirak etmək istəyən namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Həmçinin CV nümunəsi ilə gəlmələri arzuolunur.

Əmək yarmarkası işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə birbaşa təmas yaratmaq, vakansiyalar, iş öhdəlikləri və şərtlər barədə ətraflı məlumat əldə etmək imkanı yaradacaq.