Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2025

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən oktyabrın 10-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar 2025-ci il oktyabrın 9-dək Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.