Cabbar Musayev Əliabad qəsəbəsində vətəndaşları qəbul edəcək

Cabbar Musayev Əliabad qəsəbəsində vətəndaşları qəbul edəcək

30 Sentyabr 2025

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev oktyabrın 1-də Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edəcək. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında saat 16:00-da başlayacaq qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edə bilərlər. 

Məlumat və əlaqə üçün: (036) 545-01-71