Sabah Şərurda elektrik enerjisinin verilişində fasilələr olacaq

Sabah Şərurda elektrik enerjisinin verilişində fasilələr olacaq

08 Oktyabr 2025

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq "Xanlıqlar" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Tənənəm" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu səbəbdən oktyabrın 9-u saat 10:30-dan 12:30-dək Aşağı Daşarx ,Xətai,Oğuz, Yeni Havuş, kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.