Şahin Mirzəyev Culfa rayon sakinlərini qəbul edəcək

Şahin Mirzəyev Culfa rayon sakinlərini qəbul edəcək

28 Sentyabr 2025

Sentyabrın 30-da saat 10:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Culfa rayon sakinlərinin qəbulu aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı 29 sentyabr 2025-ci il tarixində saat 10:00-dan ehtibarən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək.

Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsiyyət vəsiqələri və digər müvafiq sənədlərlə gəlmələri xahiş olunur.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.