
Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün nə qədər müddət keçməlidir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün nə qədər müddət keçməlidir?
Cavab: Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov