
Qadını nikaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb ola bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qadını nikaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb ola bilərmi?
Cavab: Bəli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1- ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə, iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev