Xocalının Təzəbinə kəndinə növbəti köç yola salınıb

Xocalının Təzəbinə kəndinə növbəti köç yola salınıb

23 Oktyabr 2025

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Təzəbinə kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 12 ailə (55 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Təzəbinəyə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatacaq.