Bu il 400 min nəfərə Prezident təqaüdü verilib

Bu il 400 min nəfərə Prezident təqaüdü verilib

23 Oktyabr 2025

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondu 502 min nəfərə sosial müavinət, 402 min nəfərə Prezidentin aylıq təqaüdünü ödəyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənilib.