Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

23 Oktyabr 2025

Nazirlər Kabineti 6 noyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətli metalların və qiymətli daşların

istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı hüquqi şəxslər, habelə qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, emal edilməmiş almazın idxal və ixracı zamanı emal edilməmiş almazlar kənar müdaxilədən qoruyan və müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik təhlükəsiz bağlamalarda daşınmalı, bağlamalara müvafiq eyniləşdirmə vasitələri (plomblar, möhürlər, ştamplar və s.) tətbiq olunmalıdır.

Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkilini Daxili İşlər Nazirliyinin silahlı ekipajı ödənişsiz qaydada həyata keçirir.

Qərar ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.