Özünümüdafiə, yoxsa xuliqanlıq... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tanımadığım şəxs məni küçədə itələdi, üstümə qışqırdı və təhqir etdi. Mən də cavab verdim. İndi deyir ki, mənə hücum etmisən, gedib polisə şikayət edəcəm. Belə bir halda günahkar ola bilərəmmi?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq — ictimai qaydanı pozan və vətəndaşlara qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərdir. Əgər şəxs qarşı tərəfin təhqirinə və ya zor tətbiq etməsinə cavab olaraq özünü müdafiə məqsədilə hərəkət edibsə, bu, Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə hesab olunur və cinayət məsuliyyəti yaratmır. Hadisənin hüquqi qiyməti yalnız bütün halların və sübutların araşdırılmasından sonra verilir.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli








