İnzibati xətalar qanunvericiliyinin prinsipləri nələrə əsaslanır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri nələrə əsaslanır?
Cavab: İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








