Naxçıvanda ixrac 30 faiz artıb, idxal isə 8 faiz azalıb

Naxçıvanda ixrac 30 faiz artıb, idxal isə 8 faiz azalıb

24 Oktyabr 2025

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Naxçıvanda qeydə alınan idxal əməliyyatlarının həcmi 82 milyon 773 min, ixrac əməliyyatlarının həcmi isə 10 milyon 333 min ABŞ dolları dəyərində olmuşdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu fikirlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində keçirilən 2025-ci ilin 9 ayı ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair tədbirdə bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 8 faiz azalma, ixracın həcmində isə 30 faiz artım müşahidə olunmuşdur.

Ötən dövr ərzində Komitə tərəfindən Baş İdarə üzrə müəyyən olunmuş  32 milyon 407 min manat proqnoza qarşı 35 milyon 64 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin edilmiş, 9 aylıq proqnoz-tapşırıq 108,2 faiz yerinə yetirilmişdir.