Naxçıvanda ayı ata və oğula hücum edib

Naxçıvanda ayı ata və oğula hücum edib

19 Oktyabr 2025

Naxçıvanda ayı ata və oğula hücum edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.

Belə ki, Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.

Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.