Naxçıvanda "Dəstək" Fondu tərəfindən 1 milyon manatdan artıq vəsait xərclənib

Naxçıvanda "Dəstək" Fondu tərəfindən 1 milyon manatdan artıq vəsait xərclənib

15 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının sosial təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondu 2024-cü ilin yanvar-dekabr ayları ərzində 1.088.277 manat vəsait xərcləyib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fondun fəaliyyəti çərçivəsində ayrılan vəsaitlər aşağıdakı istiqamətlər üzrə istifadə edilib:

Müalicə və psixoloji dəstək: 192 nəfərə 137.406 manat.

Məişət şəraitinin yaxşılaşdırılması: 336 nəfərə 716.530 manat.

Borc öhdəliklərinin qarşılanması: 23 nəfərə 183.704 manat.

Təhsil haqqının ödənilməsi: 3 nəfərə 10.300 manat.

Digər xərclər: 40.337 manat.

“Dəstək” Fondu Naxçıvanda ehtiyacı olan vətəndaşlara yardımların davamlı şəkildə göstərilməsini təmin edir. Fonddan verilən məlumata görə, bu yardımlar cəmiyyətin həssas təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.