Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 17 % artıb
Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə ümumilikdə 419 min manat vəsait daxil olub.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Bundan başqa, yanvar-iyun aylarında Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni müqavilə bağlayıb. Bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. Həmçinin 134 icarə müqaviləsinin müddəti uzadılıb.








