Naxçıvanda MİQ üzrə test imtahanının IV günü yekunlaşıb - FOTO
Naxçıvanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin IV günü yekunlaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanda 2026–2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin dördüncü günündə fizika, rus dili, rus dili və ədəbiyyatı, həmçinin musiqi fənləri üzrə sənəd verən 75 namizəd iştirak edib.
Test imtahanında iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!











