Naxçıvan Hərbi Kollecində yüksək bal toplayan abituriyentlərlə görüş olub - FOTO
İyulun 18-də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Naxçıvan Muxtar Respublikasında tam orta təhsil müəssisələri üzrə yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Milli Müdafiə Universitetinin xaricdə təhsil imkanları barədə abituriyentlərə və valideynlərə ətraflı məlumat verilib. Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov çıxış edərək xaricdə təhsil imkanları, qəbul prosesi, güzəştlər, imtiyazlar və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.










