Naxçıvanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb -

Naxçıvanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb - FOTO

27 May 2026

Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər məscid kompleksində və muxtar respublikanın rayon, qəsəbə və kənd məscidlərində qılınıb.

Yüzlərlə sakinin qatıldığı bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.