Naxçıvanda sentyabr ayında hava necə olacaq?
Naxçıvanda sentyabr ayına gözlənilən hava pronozu açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında orta aylıq temperaturunun 22-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2°C yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C isti, gündüzlər 26-31°C, birinci ongünlüyün bəzi günlərində 34-39°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13 mm) gözlənilir.








