Naxçıvanda Təcili Tibbi Yardım Xidməti bayram günlərində 885 çağırış qəbul edib
Bayram günlərində Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinə, ümumilikdə, 885 çağırış qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, xidmətin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşlara operativ şəkildə yardım göstəriblər.