Naxçıvanda toxum tədarükünə başlanılıb

Naxçıvanda toxum tədarükünə başlanılıb

03 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən toxum tədarükünə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən tinglik sahələrində yetişdiriləcək ağac və kol bitkilərinin artırılması, yerli iqlim şəraitinə uyğun sağlam və keyfiyyətli tinglərin əldə olunması məqsədilə badam, püstə və alça meyvələri toplanılıb.

Regionda yaşıllıq sahələrinin genişləndirilməsi, meşəsalma və meşəbərpa tədbirlərinin davamlılığının təmin edilməsi məqsədilə digər ağac və kol bitkilərinin toxumlarının tədarükünə başlanılacaqdır.