Naxçıvanın 4 məzunu qızıl və gümüş nişanla təltif olunub
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif ediliblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvandan 2 məzun qızıl, 2 məzun isə gümüş nişana layiq görülüb.
Qızıl nişan: Cabbarlı Ərsadiq İlham oğlu – Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəb
Qızıl nişan: Zülfüqarov Murad Rəşad oğlu – Culfa rayonu Saltaq kənd tam orta məktəbi
Gümüş nişan: Babayeva Fidan Nahid qızı – Babək rayon Şəkərabad kənd tam orta məktəbi
Gümüş nişan: Ələkbərli Solmaz Şahmar qızı – Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəb








