Naxçıvanda vəzifəli şəxs saxlanılıb

Naxçıvanda vəzifəli şəxs saxlanılıb

21 Oktyabr 2026

"NAXÇIVANXƏBƏRLƏRİ" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə Cavid Ağaməlıyev barəsində cinayət işi başlanılıb. O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir.

Məlumatı Naxçıvan Muxtar Respublikası Prokrorluğu "NAXÇIVANXƏBƏRLƏRİ"-nə təsdiq edib.