Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq bu addım atılıb.
Beləliklə, 31 Türkiyə vətəndaşı Azərbaycan qanunvericiliyinə uyğun olaraq "arzuolunmaz şəxslər" elan edilib və onların ölkə ərazisinə girişinə qadağa qoyulub:
- Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri
- Cem Özyurt – Bloger
- Akın Duru – TV8 və Acunmedya əməkdaşı
- Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri
- Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı
- Muhammed Emin Yıldırım – "Köklü Değişim" jurnalının və media qrupunun İstanbul təmsilçisi
- Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik
- Serhat Koyuncu – İctimai xadim
- Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı
- Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq
- Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)
- Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri
- Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini
- Aydın Binboğa – İqtisadçı, siyasətçi
- Hakkı Eren – "Köklü Değişim" jurnalisti
- Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri
- Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi
- Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi
- Mert Armağan – Jurnalist
- Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist
- Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı
- Yusuf Kaplan – Yazıçı, jurnalist
- Erdinc Teğmen – Erte Medya"nın sahibi
- Ahmet Çakar – Türkiyənin keçmiş millət vəkili
- Halil Atakan Ay – İlahiyyatçı
- İsmail Kılıçarslan – TV NET, "Yeni Şafak" qəzeti
- Murat Şahin – Akıt TV-də proqram aparıcısı
- İrfan Kaya Ülger – Akıt TV-də proqram aparıcısı
- Fatin Dağistanlı – Akıt TV-də proqram aparıcısı
- Ömer Ulutaş – Toprak Partiyasının sədri
- Ömer Faruk Gergerlioğlu – Millət vəkili
Vurğulanıb ki, Azərbaycana qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.








