Günəş paneli quraşdırmaq istəyənlərə güzəştli kredit ayrıldı

Günəş paneli quraşdırmaq istəyənlərə güzəştli kredit ayrıldı

20 Oktyabr 2026

Azərbaycanda aktiv istehlakçılar günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayırıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın energetika sahəsində digər mühüm istiqamət enerji səmərəliliyinə investisiyaların təşviqidir: "Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmləri təkmilləşdirilib, güzəştli kreditlərin verilməsi üçün 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır".

Nazir əlavə edib ki, bu mexanizmlər enerji qənaətini həm müəssisələr, həm də istehlakçılar üçün iqtisadi baxımdan daha əlçatan edə bilər: "Enerji səmərəliliyinə nail olunmasında insanların enerji istehlakına münasibətinin dəyişməsi, qənaət mədəniyyətinin formalaşması da mühüm rol oynayır. Məhz buna görə son bir ildə maarifləndirmə və məlumatlandırma tədbirləri genişləndirilib. Bərpa olunan enerji yeni, daha "təmiz enerji" mənbələri yaradırsa, enerji səmərəliliyi həmin enerjidən daha çox dəyər əldə etməyə imkan verir".