Naxçıvanda yanvarın 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Həmin gün qərb küləyinin sürətinin saniyədə 4-9 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz isə 2+7° isti arasında dəyişəcəyi gözlənilir.