Naxçıvanda yanvarın 9-na olan hava proqnozu

Naxçıvanda yanvarın 9-na olan hava proqnozu

09 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasında yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Həmin gün qərb küləyinin sürətinin saniyədə 4-9 metr arasında olacağı, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz isə 4+9° isti arasında dəyişəcəyi proqnozlaşdırılır.