Naxçıvanda yaşayan şəhid övladlarının Şuşaya səfəri başlayıb

Naxçıvanda yaşayan şəhid övladlarının Şuşaya səfəri başlayıb

13 Avqust 2025

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Cahan Şirkətlər Qrupunun təşkilatçılığı və Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü ilə “Şəhid övladlarının Şuşaya qürur səfəri” layihəsi çərçivəsində Naxçıvanda yaşayan şəhid övladları Şuşaya səfər ediblər. 

Səfər iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan əzəmətli abidəsini ziyarət ediblər.