Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

Naxçıvandakı sahibkarlar 8 ayda 5 milyon manatdan çox güzəştli kredit alıb

24 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cari ilin yanvar–avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 5,2 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 149 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb.

Maliyyələşdirilmiş layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,8 faizi Naxçıvan şəhərindən başqa digər rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.