Naxçıvanın büdcə gəlir və xərcləri artıb

Naxçıvanın büdcə gəlir və xərcləri artıb

19 Yanvar 2026

2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri (dotasiya istisna olmaqla) 290,6 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11,1% çoxdur.

Eyni zamanda ötən il muxtar rrespublikanın büdcə xərcləri isə 445,6 milyon manata bərabər olub.

Bu isə 2024-cü illə müqayisədə 3,7% artım deməkdir.