Naxçıvanın rayonlarında hansı məhsullar yetişdirilir?

Naxçıvanın rayonlarında hansı məhsullar yetişdirilir?

11 İyul 2026

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı rayonlar üzrə ciddi fərqlənir. Bəzi rayonlar kartof istehsalında önə çıxır, digərləri tərəvəz, meyvə və ya taxıl yığımında liderlik edir. Elə rayonlar da var ki, eyni vaxtda bir neçə məhsul növü üzrə ölkənin əsas istehsal mərkəzlərindən hesab olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-may aylarına dair statistik bülletenini təhlil edib.

Rəsmi məlumata görə, hesabat dövründə ölkə üzrə 168 min 730 ton kartof, 436 min 993 ton tərəvəz, 53 min 987 ton meyvə və giləmeyvə, 34 min 306 ton dənli və dənli-paxlalı bitki, eləcə də 556 ton yaşıl çay yarpağı yığılıb.

Ölkə üzrə yanvar-may aylarında 556 ton yaşıl çay yarpağı yığılıb. Bu məhsulun əsas hissəsi ənənəvi olaraq Lənkəran-Astara iqtisadi rayonunda istehsal olunub.

Statistik bülleten göstərir ki, bəzi rayonlarda ayrı-ayrı məhsullar üzrə yığım hələ başlamayıb. Məsələn, Qusar, Siyəzən, Şabran, Lerik, Yardımlı, Qax, Qəbələ, Oğuz, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında kartof yığımı ilə bağlı göstərici qeydə alınmayıb. Babək, Culfa, Ordubad, Şahbuz və Şərur rayonlarında da bəzi məhsul növləri üzrə yığım mövsümü hələ başlamadığından statistikada nəticələr sıfır göstərilib.